"Cəmil, Əli, Sevinc və digərləri Azərbaycan xalqının düşmənləridir" Ziyafət Əsgərov

“Məhdudlaşdırma ilə bağlı hökumətin qərarı var”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliklə bağlı müzakirələr zamanı deputat Ziyafət Əsgərov deyib.

O bildirib ki, deputatlar qanunun qərardan daha üstün olduğunu nəzərə almalıdır: “Məhdudlaşdırıcı tədbirlər deputatlara şamil olunmur. Deputatlar qanunla qərarın fərqini bilməlidir”.

Z.Əsgərov bildirib ki, Azərbaycan hazırda koronavirusa qarşı ən önəmli tədbirləri həyata keçirən ölkələrdən biridir: “Cəmil, Əli, Sevinc və digərləri Azərbaycan xalqının düşmənləridir. Bu gün xalqla hökumətin bir yerdə olması həmin insanlara sərf etmir. Dövlətə bu qədər düşmən kəsilmək olmaz. Hakimiyyətə müxalifət olmaq olar. Parlamentdə də bizim müxalif həmkarlarımız var. Onlar lazım gələndə sözlərini deyir, tənqidlərini edirlər. Ancaq hər şeyin bir əndazəsi olmalıdır. Azərbaycan xalqına düşmən kəsilmiş insanlara qarşı vahid mövqedən çıxış etmək lazımdır. Bu gün hamı çalışmalıdır ki, Prezidentin ətrafında sıx birləşsin, dəmir nizam-intizama nail olaq. Hamı qanuna tabe olmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə