İtaliya Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkisi"ni tanımır

"İtaliya Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkisi"ni tanımır".

SİA xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində qeyd olunub.

Nazirlik paylaşımına Aİ-nin bəyanatını da əlavə edib.

Xatırladaq ki, Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkiləri"ni tanımadığını bəyan edib.

"2020-ci il martın 31-də Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" ilə əlaqədar olaraq Avropa İttifaqı bir daha xatırladır ki, blok bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır. Bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz", - deyə Bəyanatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə