Ermənistanda yoluxma halları sürətlə artır 329 nəfər

Ermənistanda yoluxma halları sürətlə artır 329 nəfər

Ermənistanda koronavirusa yoluxma halı 329-a yüksəlib. SİA panorama.am-a istinadən xəbər verir ki, ölkənin xəstəliklərə nəzarət və profilaktika mərkəzinin verdiyi məlumata görə, Ermənistanda bu gün səhər saatlarına olan rəqəmlərə görə, 329 nəfər yoluxanlarla yanaşı, karantində 1625 nəfər saxlanılır. Yeni yoluxanların sayı isə 18 nəfərdir.

Qeyd edək ki, əhalisi az olan Ermənistan üçün bu rəqəmlər kritikdir və ölkənin bir sıra siyasi təşkilatları və ictimai birlik təmsilçiləri baş nazir Paşinyanı ittiham edirlər. Onlar baş nazirin fövqəladə rejim tətbiq etməsini yetərli saymır, ciddi ölçülər götürməsini tələb edirlər.

Xatırladaq ki, artıq Ermənistan ordusunda da virusa yoluxma halları qeydə alınıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə