Gürcüstandakı səfirliyimizdə “Qaynar xətt” yaradılıb

Gürcüstandakı səfirliyimizdə “Qaynar xətt” yaradılıb
Gürcüstandakı Azərbaycan Səfirliyi koronovirus infeksiyasının yayılma riski ilə əlaqədar operativ "Qaynar xətt" xidməti yaradıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin facebook hesabında məlumat paylaşılıb. Bildirilib ki, mümkün müraciətlərin səfirlik tərəfindən cavablandırılması məqsədi ilə vətəndaşlar +995 577 06 50 50 qaynar xətti vasitəsi ilə səfirliklə əlaqə saxlaya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə