“Orda feminist yox, seksual azlıqların aksiyası keçirilib” RƏY-ÖZƏL

“Orda feminist yox, seksual azlıqların aksiyası keçirilib” RƏY-ÖZƏL

"Martın 8-də bir qrup feminist qadın Bakının mərkəzi küçələrinə çıxaraq icazəsiz aksiyaları keçirmələri Azərbaycanın nə qadınına, nə əxlaqına yaraşmayan bir hərəkət idi". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Azərbaycanın milli mentalitetinə yaraşmayan şüarlar səsləndirildi, plakatlar qaldırıldı, bu bütövlükdə Azərbaycan cəmiyyəti üçün bir təhqirdir, Azərbaycan cəmiyyətinin birbaşa olaraq aşağlanmasına cəhd edən bir aksiyadır: "Məsələ ordadır ki, aksiya iştirakçılarına gəlincə isə yəni bu aksiyanın təşkilatçıları hiss olunurdu ki, həm aksiyaya qatılan iştirakçılarını, həm də bütün cəmiyyəti aldadıblar. Çünki onlar öz aksiyalarının adını qoymuşdular ki, “Feministlərin marşı”. Bildiyimiz kimi, feminist qadın hüquqları uğurunda mübarizə aparan bir cəmiyyətdir, hansısa feministim hərəkatına da Azərbaycanda yer yoxdur. Çünki Azərbaycan dövləti Şərq aləmində ilk, Avropada isə çox dövlətlərdən öncə qadına azadlıq vermiş və onun seçki, siyasi, mülki hüququnu tanımış bir dövlətdir. Məsələ burdadır ki, bu aksiyanın təşkilatçılarının özlərini feminist aksiyası adlandırsalar da, amma orda feminist yox seksual azlıqların aksiyasını keçirtdilər. Bax bununla da həm Azərbaycan cəmiyyətini aşağlamağa cəhd etdilər, həm hakimiyyət orqanlarını aldatmağa cəhd etdilər, həm də aksiyaya qoşulmuş aksiyanın mahiyyətindən xəbəri olmayan insanları aldatdılar. Bir sözlə, həmin qadınların bu cür hərəkətləri tamamilə yolverilməzdir. Bu qədər qadının birdən birə küçəyə çıxması özbaşına deyil, yəni kimsə bunları təşkilatlandırıb. Yəni burda maraqlar müxtəlif olar təbii ki, bunlar xarici dairələrdən qarant alan pul yuyulması prosesində iştirak edən, müxtəlif maraqlar güdən şəxslərdilər və öz maraqlarına çatmaq üçün də bu cür vasitələrə əl atırlar. Amma Azərbaycan dövləti və cəmiyyəti bu cür hadisələrə yolverməz. Çünki 8 mart günü küçələrə çıxmış həmin qadınların bu cür hərəkətləri Azərbaycan qadınını gözdən salır, Azərbaycan milli mənəvi dəyərlərinə tamamilə ziddir. Bİr daha vurğulayıram ki, bu aksiyada iştirak edən şəxslərin bir çoxu bu aksiyanın mahiyyəti barədə xəbəri olmayıb, yəni onlar Feministim adı altında o aksiyaya cəlb olunublar, amma orda aldadılaraq fərqli yollara yönləndiriliblər. Hesab edirəm ki, hüquq mühafizə orqanları bu cür insanlar haqqında ciddi ölçü götürülməlidirlər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə