İndoineziyalıları yaşayış olmayan adalara köçürürlər KARANTİN

İndoneziya hakimiyyəti 188 nəfər indoneziyalını yaşayış olmayan adaya yerləşdirib. SİA “Jakarta Post”a istinadən xəbər verir ki, onlar “World Dream” səyahət laynerinin heyət üzvləridirlər. Belə ki, layner favralın əvvəlində koronavorusla bağlı Honqkonqda karantində olub. Oradan ayrıldıqdan sonra isə, İndoneziya hakimiyyəti heyəti heç bir yaşayış olmayan və paytaxt Cakartaya yaxın olan Sebaru adasına yerləşdirmək qərarını verib.

Qeyd olunur ki, indoneziyalıları adaya xüsusi üzən hospitalla və hərbi gəmilərin müşayiəti ilə daşıyıblar. Səyahət laynerinin bütün heyət üzvləri həmin adada əlavə tibbi müayinələrdən keçməklə, karantinə yerləşdiriləcəklər.

Bildirilir ki, əvvəllər bu adada yaşayış olub. Hətta orada narkotiklərdən asılı xəstələr üçün reabilitasiya mərkəzi fəaliyyət göstərib. Hakimiyyət isə bəyan edib ki, karantin müddəti də məhz fəaliyyəti dayanmış reabilitasiya mərkəzlərində keçəcək.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...