Finlandiyanın Azərbaycandakı səfiri Strateji Araşdırmalar Mərkəzində olub
Finlandiyanın Gürcüstan, Ermənistan və Azərbaycandakı səfiri Petri Salo Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub və SAM-ın direktoru müavini Gülşən Paşayeva ilə görüşüb. SAM-dan SİA-ya verilən məlumata görə, Gülşən Paşayeva qonağa Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verib.
İki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulayan tərəflər, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə beyin mərkəzləri arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin təmasların intensivləşməsinə zəmin yaradacağına əmin olduqlarını bildiriblər. Görüşdə, həmçinin regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB