İlqar Məmmədov bu dəfə Xocalıya görə xalqın hiddətinə tuş gəldi FAKTLAR
“REAL” partiyasının sədri İlqar Məmmədovun zaman-zaman sinik və məntiqsiz çıxışları ilə bir neçə dəfə sərt qınaqlar və hiddətlər qarşısında qalıb. Xüsusilə milli məsələlərdə sözün əsl mənasında “quş buraxan” müxalifətçi partiya sədrinin növbəti münasibəti isə, ümumiyyətlə heç bir çərçivəyə sığmır. Belə ki, “REAL” sədrinin sosial şəbəkədə Xocalı soyqırımı ilə bağlı yazdığı fikirləri həm 28 il əvvəl orada şəhid olmuş soydaşlarımızın ruhlarına qarşı hörmətsizliyi, həm də bütövlükdə bu qanlı hadisəyə barmaqarası baxması anlamını daşıyır. SİA xəbər verir ki, İ.Məmmədov faciəyə və şəhidlərə seçki kontekstində yanaşıb.
"28 il əvvəl Xocalıda bu gün azğın Ermənistan ordusu 550 nəfər Azərbaycan seçicisinin və 63 uşağın səsini həmişəlik kəsdi", deyə yazan “REAL” sədri nədənsə, həmin soyqırımın təşkilində əsas tərəf kimi çıxış edən, insanlarımıza qarşı vəhşilik trədən 366-cı motoatıcı alayın da adını çəkməyib.
Söz yox ki, sosial şəbəkə istifadəçiləri İ.Məmmədovun bu cür təhqiredici yanaşmasını cavabsız qoymayaraq, fikirlərinə etiraz ediblər, onun haqqında insanlara bülleten kimi baxmaqdan tutmuş, ruhi-psixoloji vəziyyətinin yerində olmadığına qədər ən müxtəlif iddialar yazıblar.
Maraqlıdır ki, “REAL” sədri onun sinik və məsuliyyətsiz baxışına qarşı artan tənqidlərə cavab verməyə belə cürət etməyib.
Bu həmin İlqar Məmmədovdur ki, bir vaxtlar ermənilərdən də üzr istəyib!
Yeri gəlmişkən, onu da xatırladaq ki, İ.Məmmədov buna qədər də bir neçə dəfə bənzər sərsəm fikirləri ilə ictimai rəyi hiddətləndirib. Məsələn, İ.Məmmədovun illər öncələrə söykənən fəaliyyəti haqqında bir sıra faktları araşdırdıqca, bir daha əmin olmaq mümkündür ki, bu şəxs əzəl vaxtdan anti-Azərbaycan, yaxud anti-xalq xarakterli baxışa malik olub. İnternetdə İ. Məmmədovla bağlı hadisələri araşdırarkən, 2013-cü ildə dərc edilmiş maraqlı bir fakt nəzərimizə dəydi. Misal üçün, Moskva Dövlət Universitetinin tələbəsi olmuş azərbaycanlılardan biri bildirib ki, 1988-ci ildə, Dağlıq Qarabağ ətrafında məsələlər qızışdığı dövrdə, MDU-nun birinci humanitar korpusunun leksiya zallarından birində ermənilərin təşkilatçılığı ilə "Karabax naşa bol, nasa peçal" (“Qarabağ, bizim ağrı, bizim kədər”) mövzusunda dinləmələr təşkil olunub Bax:
http://olaylar.az/news/siyaset/30187)
Qeyd olunur ki, Sumqayıt hadisələrindən dərhal sonra təşkil edilmiş bu tədbirdə erməni müəllim-tələbə heyəti, universitetin digər tələbələri iştirak ediblər. Həmin vaxt müzakirələrin hansı istiqamətə yönəldiləcəyini ehtimal edən azərbaycanlı tələbələr də müzakirələrə qatılıblar. Dinləmələrdə çıxış edən ermənilər və onların tərəfdarları Azərbaycanı kəskin tənqid ediblər, azərbaycanlılar haqqında "qaniçən", "qəddar", "geridə qalmış", "barbar" və s. təhqiramiz ifadələr işlədiblər. Tədbirə qonaq qismində dəvət olunmuş "Oqonyok" jurnalının Çernov soyadlı əməkdaşının (onun 1998-2003-cü illərdə jurnalın baş redaktoru vəzifəsində çalışmış Vladimir Çernov olduğu ehtimal edilir) ermənilərdən də kəskin çıxış etməsi, azərbaycanlı tələbələrin emosional etirazına səbəb olub.
İlqar Məmmədovun “siyasi vunderkindliyi” və “siyasi anderqraundçuluğu” onu daha çox ifşa edir!
Onlar Çernovun sözünü kəsiblər və faktiki olaraq onu danışmağa qoymayıblar. Tədbir başa çatdıqdan sonra həmin dövrdə universitetin tarix fakültəsinin tələbəsi olan İlqar Məmmədovun Çernova yaxınlaşaraq "azərbaycanlıların qeyri-etik davranışına" görə ondan və onun yanında dayanan, tədbirin təşkilatçısı olan ermənidən üzr istədiyi bildirilir. Qeyd olunur ki, İ.Məmmədov həmişə azərbaycanlı tələbələrdən kənarda dayanıb, onlarla ünsiyyət qurmaqdan çəkinib, həmyerlilərimizin ümumi tədbirlərinə qatılmayıb.
Beləliklə, “REAL” sədrinin keçmişindən hazırkı dövrünə qədər nə ağlı, nə baxışı, nə də düşüncəsi dəyişməyib və bu bir daha sübut edir ki, onun özünü “siyasi vunderkind” kimi aparması, guya öz təbirincə hətta siyasətdə belə “anderqraunçuluqla” məşğul olması bütövlükdə heç nəyini dəyişmir, əksniə daha çox ifşa edir...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB