Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan SİA-ya verilən xəbərə görə, toplantıda ilk öncə ölkədəki ictimai-siyasi vəziyət, Fəvvarələr meydanında keçirilmiş 2 aprel aksiyası haqqında müzakirələr aparılıb. Müzakirələrdə aksiyadan sonra baş verənlər, iştirakçıların həbs və repressiyaların kəskin xarakter alması iclas iştirakçıları tərəfindən pislənilib.
Daha sonra Rəyasət Heyəti üzvləri ölkənin siyasi həyatında əhəmiyyətli rol oynayan müxalif fikirli siyasi partiyaların ümumi yığıncağının keçirilməsi və proseslərdə siyasi məsuliyyət haqqında ümumi qərarın verilməsi barədə təkliflər irəli sürülüb. Partiyanın təşkilatlanma işi də müzakirə mövzusu olub.
Bakı şəhər təşkilatları aktivlərinin partiya sədri ilə nəzərdə tutulan görüşün tarixi və formatı haqqında fikir mübadiləsi aparılıb. Təşkilat şöbəsi konfrans keçirmiş rayon təşkilatları və növbəti iclasa qədər konfrans keçirlməsini planlaşdıran təşkilat komitələri haqqında yekun məlumat verib.
Təşkilat şöbəsinin işi rəhbərlik tərəfindən qənaətbəxş hesab olunub. Rəyasət Heyətinin iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB