Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 4-də saat 21.55-dən 22.30-dək və aprelin 5-də saat 02.35-dən 03.00-dək Tərtər rayonunun Seysulan və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.45-dən 01.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB