Bəhruz Quliyev: "Qanunsiz aksiyalara cəhd yalnız sifariş yerinə yetirmək missiyasıdır" AÇIQLAMA -ÖZƏL

"Təəssüf ki, adlarını müxalifət qoyan bəzi radikallar pusquda dayanaraq yaranmış hər hansı bir məqamdan öz mənafeləri naminə istifadə edərək çaşqınlıq və məqsədyönlü şəkildə xaos yaratmağa cəhd edirlər. Onların bu addımına bir ad vermək olar, təxribat". Bu fikirləri açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspert bildirib ki, bəzilərinin guya seçkilərdə total qanun pozuntularına yol verilib fikirləri yalnız bəhanədir: "Hər bir seçki prosesində siyasi ehtirasların coşması təbiidir. Lakin həmin qrupların 4 seçki dairəsinin nəticəsinin Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilməsinə, bəzi seçki dairələri üzrə müraciətlərin isə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsinə baxmayaraq, nəticələri gözləmədən MSK qarşısında piket keçirmək istəkləri və buna dair çağırışları onların xaricdən, kənar qüvvələrdən sifariş aldıqlarına bir işarədir".

B.Quliyev söyləyib ki, Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı onlara daxil olan müraciətləri araşdırır, günahkarlar cəzalandırılır və nəticələr ləğv olunur: "Belə olan halda radikal qrupların cəhdlərinin heç bir əsası yoxdur. Bu addımlar nə müxalifətçilik, nə siyasi mövqe, nə də seçkidən narazılıqdır. Qanunsiz aksiyalara cəhd yalnız sifariş yerinə yetirmək missiyasıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə