Azərbaycan prezidenti qazaxıstanlı həmkarını təbik edib

Azərbaycan prezidenti qazaxıstanlı həmkarını təbik edib

Azərbaycan prezidenti İlham Əliyev Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, dövlət başçısı N. Nazarbayevi yenidən Qazaxıstan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

 

Azərbaycanı və Qazaxıstanı çoxəsrlik dostluq, mehriban qonşuluq və əməkdaşlıq tellərinin bağladığını qeyd edən İ. Əliyev bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərin bundan sonra da inkişaf edib, genişlənəcəyinə əminliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə