"Azərbaycan beynəlxalq tədbirlərdə həmişə arzuolunan iştirakçıdır" ÖZƏL-AÇIQLAMA

"Azərbaycan beynəlxalq tədbirlərdə həmişə arzuolunan iştirakçıdır". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Azərbaycan həm özünün təbii ehtiyatlarının həcminə görə, həm də Avropa ilə əməkdaşlığın nümunəvi davranışına görə həmişə Avropa dövlətləri tərəfindən diqqətdə saxlanılır: "Cənab Prezidentin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirakı onun bu məsələ barəsində mövqeyini ortaya qoyması bir daha göstərdi ki, bu gün Azərbaycansız Avropa yoxdur. Ölkə başçısının vurğuladığı kimi bəzi ölkələrin qaz təchizatında Azərbaycanın payı 40 faizə çatır. Cənubi Avropanın 10-dan çox ölkəsi Azərbaycanın qazının onların bazarına çıxarılmasında maraqlıdırlar və bu layihəni dəstəkləyirlər. Bu gün Azərbaycan tək özünün deyil, eyni zamanda mənsub olduğu qitənin də enerji təhlükəsizliyində maraqlıdır. Enerji təhlükəsizliyi isə yaşam, inkişaf, ümumilikdə təhlükəsizlik, ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsi deməkdir. Bu baxımdan Azərbaycanın mövqeyi bu gün Avropanı tamamilə təmin edir. Hesab edirəm ki, bu ilk növbədə cənab Prezidentin düşünülmüş daxili və xarici siyasətinin nəticəsindədir. Eyni zamanda belə tədbirdə iştirak çoxtərəfli və ikitərəfli əlaqələrin qurulmasında, investisiyaların Azərbaycana cəlb edilməsində, Azərbaycan kapitalının bu və ya digər Avropa ölkəsində uğurla yerləşdirilməsinə şərait yaradır. Cənab Prezidentin Münxen Təhlükəsizlik Konfransında iştirakı Avropaya Azərbaycana yeni bir gözlə baxmasına da səbəb olur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...