“Müxalifətin planlaşdırdığı aksiyaya cəmiyyət dəstək verməyəcək” RƏY-ÖZƏL

"Azərbaycan hüquqi, demokratik dövlətdir. Bütün məsələlər də hüquq müstəvisində həll olunur. MSK 4 dairə ilə bağlı qərarını verib, bir necə dairə ilə bağlı isə məsələləri araşdırmaq üçün dairələrə yollayıb, açıq fikrini bəyan edib. Yəni Mərkəzi Seçki Komissiyası qüsurlara yol verən bəzi dairələrin nəticələrini ləğv edib. Yəni müxalifət çox gözəl bilir ki, onlar bu aksiyaları keçirsələr belə onlara heç kim dəstək verməyəcək. Çünki onları cəmiyyət qəbul etmir". Bunu SİA-ya açıqlamasına TOHGMİB-nın sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, sadəcə olaraq cəhd edirlər ki, Bakıda insanların çox olan yerlərində iğtişaş törədərək nə isə xoşagəlməz bir vəziyyət yaratsınlar: "Yəni təhlükəsizlik zonasının daxil olduğu metro ərazisində, marşrutların hərəkət etdiyi, insanların sıx hərəkət etdiyi ərazidə hansısa bir qarşıdurma yaradıb, xarici ağalarının diqqətini özlərinə cəlb etsinlər. Bu da xaricidən gələn növbəti sifarişdir. 1300-dən çox namizəd var idi, bunların hamısı üçün yerlərdə görüşlər keçirtmək üçün şərait yaradılmışdır, seçkiyə gedənlərdə xalqa sözünü dedilər. Bəzi partiyaların isə seçki vaxtı aktivliyi görünmədi. “REAL” və Müsavat kimi partiyalar daha çox sosial mediada boş-boş işlərlə məşğul idilər. Çünki bilirdilər ki, onların görüşünə xalq gəlmir. Görüşlər keçirmədikləri halda indi belə cığallıq edirlər. Növbəti məğlubiyyətlərini bu cür təqdim edirlər. Bunlar 30 ildir ki, siyasətdədirlər, hər seçkidə məğlub olub, yenə də siyasətdən çəkilib getmirlər. Dünyada belə bir praktika var ki, seçkini uduzan partiya rəhbərliyi istefa verib, gedir və əvəzinə yenisi gəlir. Amma bunlar hər dəfə seçkini uduzurlar və hə dəfə də 1 ay 2 ay çığır-bağır salırlar ki, guya qanun pozuntusu olub və başlayırlar aksiyalar keçirməyə. Qanun pozuntularına qarşı Azərbaycan hökuməti özü mübarizə aparır və bəzi dairələr ləğv edilib, qərar qəbul edilib və adiyyatlı şəxslər cəzalandırılıb".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə