Davudoğlu Sarkisyana Qarabağın bir neçə rayonunu Azərbaycana qaytarmaq təklifini edib
"Türkiyə Azərbaycanı Ermənistana görə itirən deyil. SİA-nın xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu İstanbulda "Müasir dünyada Türkiyənin siyasəti" adlı konfransında deyib. Ermənistan Türkiyə Protokollarının taleyinə toxunan Davudoğlu: "Faktiki olaraq, Türkiyə hökuməti dünyaya "Ermənistan ilə sıfır problem" siyasətinin yürütdüyünü açıq elan edib. Lakin rəsmi İrəvan əvəzində bizim danışıqlarımızda şərtlər irəli sürdü: sərhədi açmaq və diplomatik əlaqələri qeyri-şərtsiz qurmaq, əlaqələrin düz və doğruluq üzərində qurulması kimi. Ermənilər güman edir ki, diplomatik əlaqələrin normallaşması sərhədin açılmasını şərtləndirilir. Biz belə problemlərin həllində böyük təcrübəyə malikik. Məsələn, Türkiyə Qəzza zolağında hadisələrin baş verməsi və danışıqların başlanğıc nöqtəsinə qayıtmasına baxmayaraq Suriya və İsrail arasında barışıq əldə etmək üçün böyük səylər göstərdik. Türkiyə ilə Ermənistan arasında sərhədin açılması dəyişikliklərə gətirib çıxarmayacaq. Bu münasibətlərin normallaşması üçün həll edilməsi lazım olan bir neçə problem var. Əgər Ermənistan-Azərbaycan sərhədində hər hansı bir hadisə baş verərsə, yenidən sərhədləri bağlamalıyıq?"-deyə o, cavabladırıb.
Davudoğlu çıxışında həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına da toxunub: "Mən Ermənistan prezidentinə və mənim həmkarına dəfələrlə təklif etmişəm ki, jest üçün Dağlıq Qarabağın iki regionunu, məsələn, Füzuli və ya Ağdamı Azərbaycana qaytarın ki, rəsmi Bakı sərhədini açsın və Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşsın. Ancaq Ermənistan imtina etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB