Neft yenidən ucuzlaşıb

Martın 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,52 dollar və ya 0,5 faiz azalaraq 1 barelə görə 104,27 dollar təşkil edib.

 

SİA-nın məlumatına görə, martın 30-da ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar azalaraq 115,13 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə