Gəncədə tapılan top mərmisi ANAMA-nın əməkdaşları tərəfindən zərərsizləşdirilb
Gəncə şəhərində istifadəyə hazır vəziyyətdə olan top mərmisi tapılıb. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Kəpəz rayon Polis Şöbəsinin müraciətindən sonra hadisə yerinə gəliblər.
Məlum olub ki, aşkar olunan partlayıcı qurğu 203 mm-lik top mərmisidir. Silahın üzərində ingilis əlifbası ilə mərminin tərkibi haqqında yazılar əksini tapır. Yazılara əsasən mərmi kimvəyi tərkibə malikdir və kimyəvi silahlar sinfinə aid edilir. Partlayıcının gövdəsində zədələnmə yoxdur .Bu da o deməkdir ki, sursat partlamağa hazır vəziyyətdədir. ANAMA-nın əməkdaşı Mussa Məmmədovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən ərazidə bir zamanlar sovet hərbi birləşmələrinin bazası yerləşib. Qurğu da o dövürdən qalıb.
Ərazi yaşayış massivində yerləşdiyindən mərmi bir başa ANAMA-nın Ağstafada yerləşən bazasına aparılıb və orada zərəsizləşdirilib. Gəncə Giltorpaq İstehsalat Birliyi isə Avtozod qəsəbəsinin kəsişdiyi ərazidə sonuncu dəfə 2009 cu il də 125 mm-lik tank mərmisi tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB