Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar bəyanatı ermənilərdə qıcıq doğurub və təlaşa səbəb olub. SİA Ermənistana məxsus armenianreport.com saytında yayılan məlumata istinadən xəbər verir ki, nazirliyin 20 Yanvar hadisələrinin arxasında "ermənilərin əsassız ərazi iddialarının" dayandığı barədə bəyan etməsindən narahat olan ermənilər bunu təkzib etməyə çalışırlar.

Əslində, erməni mətbuatı Azərbaycan diplomatlarının 19 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan etmək haqqında fərman imzalayan SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçovu SSRİ Konstitusiyasının 119-cu maddəsini və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsini pozmaqda ittiham etdiyini sitat gətirməklə diqqəti yayındırmağa cəhd edir.

Faciədə də ermənilərin “həmişə olduğu kimi” günahlandırıldığını vurğulayan, bu hadisəyə ermənilərin əsassız ərazi iddialarının səbəb kimi qeyd olunmasını misal olaraq göstərən Ermənistan mətbuatı yenə də həqiqəti təhrif etməyə, don geyindirməyə çalışıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...