Yevgeni Kozyak: "Azərbaycanda seçki prosesini MDB-nin 250-dən çox müşahidəçisi izləyəcək"
Müstəqil Dövlətlər Birliyi (MDB) Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək. SİA-nın secki-2020.az saytına istinadən verdiyi xəbərə görə, bu barədə MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeni Kozyak özü məlumat verib.
O bildirib ki, Azərbaycanda seçki prosesini MDB-nin 250-dən çox müşahidəçisi izləyəcək: “Uzunmüddətli müşahidə missiyası yanvarın 18-də Azərbaycana gələcək və fevralın 10-dək fəaliyyətdə olacaq. Qısamüddətli missiya isə səsvermədən bir gün əvvəl gələcək”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Milli Məclisə seçkilər 2020-ci il fevralın 9-na təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB