100 min avroluq mobil telefon - FOTO

100 min avroluq mobil telefon - FOTO
İsveçrədə "Baselworld" saat və qızıl-zinət əşyaları sərgisində nümayiş olunan "Chairman" markalı mobil telefonu funksiyaları və qiyməti ilə diqqət çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, telefonun qiyməti 100 min avrodur.

Milyon avroluq saatların nümayiş olunduğu sərgidə İsveçrəli "Ulysee Nardan" firmasının Amerikalı ortaqları ilə birlikdə hazırladığı bu model bu il 10 min avrodan başlayıb 100 min avroya qədər artan qiymətlərlə satışa çıxarılacaq.

Firma rəsmiləri bu il satışa çıxarılacaq modelin hazırda 12500 ədəd sifariş aldığını bildiriblər.

Qeyd edək ki, telefon platin korpusdan və üzəri 3 min ədəd brilyantla hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə