Tarix bu düşərgənin uğursuzluqlarını unutmur
Fakt budur ki, uzun illərdir siyasi cameədə var-gəl edən müxalifətin, xüsusilə radikallıq və dağıdıcılıq prinsiplərindən çıxış edən düşərgənin yaratdığı bloklar, birliklər, hərəkatlar qısa zamanda fəaliyyətlərinə xitam verir və bu xitamlardan sonra tərəflər bir-birlərini xəyanətdə ittiham edirlər. Artıq 27-ci ilə keçid alan köhnə, nimdaş və naftalin qoxusu verən radikallar və onların “liderləri” anlamağa məhkumdurlar ki, xalq, ictimaiyyət onların fəaliyyətlərini rədd edir, istənilən uğursuz ideyalarını qəbul etmir. Məgər dəfələrlə sübut olunmayıbmı ki, “SİDSUH”, “DUH”, “DUBB”, “MKM”, “Demkonqres”, “Azadlıq”, “Bizim Azərbaycan”, “İctimai Palata”, “Antiböhran kolalisiyası” və s. çoxsaylı birliklər və bloklar parçalanıb tarixin zibilliyinə atıldıqdan sonra yaradılan digər hərəkatlar da eyni aqibətləri yaşayıblar? Əlbəttə ki, sübut olunub, lakin bütün bunlara rəğmən, bu gün ölkənin siyasi gündəminə zorla dürtülən, özlərini xalqa məcburən sırımağa səy göstərən radikallar hələ də başa düşmürlər ki, onların heç bir fəaliyyətləri uğur qazandırmayacaq, əksinə, daha dərin uçurumlara doğru yuvarlanacaqlar.
İkiyə parçalanmış qurumun daxilində isə hər gün əl-qol savaşları, söyüş və təhqirlər baş verir
Misal üçün, bu gün “Milli Şura”, “AXH” adlı təşkilatlar var ki, onların heç biri xaq tərəfindən qəbul olunmur. Daxillərində bir neçə cırtdan partiyaları və ayrı-ayrı şəxsləri birləşşdirən bur qurumlar əslində Azərbaycan əleyhinə fəaliyyət göstərən xarici dairələrlə iş birliyi apararaq, müəyyən qrantlar qarşılığında sifarişlər qəbul edirər. “Milli Şura”nın barəsində çox yazılıb və çox deyilib və onların necə deyərlər, hansı yuvanın quşları olduğu da bəllidir.
Lakin “AXH”nin də araşdırmaq və hansı məzhəbə qulluq etməsini öyrənmək pis olmazdı. Misal üçün, o da məlumdur ki, radikal müxalifəti öz ətrafında “birləşdirən” “Azərbaycan Xalq Hərəkatı” adlı qurumun yaradılması və çox qısa zamanda iki qanada parçalanması maraqlıdır. İkiyə parçalanmış qurumun daxilində isə hər gün əl-qol savaşları, söyüş və təhqirlər baş verir. O da əbəs deyil ki, bütün bunların nəticəsi olaraq, onsuz da olmayan nüfuzlarının daha da aşağıya düşməsindən ehtiyat edən partiyalar oradan uzaqlaşırlar.
VİP hərəkat sıralarını nəyə görə tərk etmişdi?
Belə ki, bir müddət əvvəl “AXH”lərdən birində təmsil olunan Vətəndaş və İnkişaf Partiyası da qurumdan çıxdığını bəyan etmişdi. Həmin vaxt VİP mətbuat xidmətindən verilən xəbərdə bildirilmişdi ki, partiyanın siyasi surasında təşkilatın “Azərbaycan Xalq Hərəkatı”nda (AXH) iştirakına xitam verilməsi, partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsi, təşkilati strukturların fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub. Sədr Əli Əliyev isə bildirib ki, müəyyən amillər VİP-in hərəkatda iştirakına xitam vermək zərurətini yaradıb. Nəticədə həmin müzakirələrdə iştirak edən siyasi şura üzvləri VİP sədrinin toxunduğu məsələlər ətrafında fikirlərini bildirərək, yeni situasiyada atılacaq addımları dəyərləndiriblər. Siyasi şurada keçirilmiş səsvermədən sonra VİP-in “AXH”də iştirakına xitam verilməsi haqqında qərar qəbul olunub.
Əli Əliyev: “Fikir ayrılığı bizim müəyyən siyasi hədəflərimizə çatmaq üçün problemlər yarada bilər”
Bu yaxınlarda partiyanın sədri Əli Əliyev mətbuata açıqlamasında bildirmişdi ki, birlik modellərinin tez dağılmasının səbəblərini yalnız müxalifətdə axtarmaq lazım deyil, burada ayrı-ayrı şəxəslərin də öz maraqlarını güdmək kimi məsələlər dayanır. Partiya sədri müxalif qurumların daxilində müəyən intriqaların olduğunu nildirib: “Bilirsiniz, həmin birliklərdə təmsil olunan hər bir partiyanın öz ayrıca kursu olur. Bizim “AXH”dən çıxmaq və “Azerifreedom” kanalında bir daha çıxış etməməklə bağlı bəyanatımız oldu...Biz başqa siyasi qüvvələrin məsuliyyətini bölüşmək istəmirik. Hesab edirik ki, müəyyən məsələlərdə olan fikir ayrılığı bizim müəyyən siyasi hədəflərimizə çatmaq üçün problemlər yarada bilər. Ona görə də çalışırıq ki, bir qədər məsafəli davranaq. Bunu da normal qəbul edirik. Çünki müstəqil siyasi qurumuq, belə qərarları vermək səlahiyyətinə sahibik. “Azerifreedom”la əlaqəmizi kəsməyimiz isə oranın yürütdüyü informasiya siyasəti ilə bağlıdır. Oranın apardığı təbliğat bizim siyasi hədəflərimizdən və mübarizə vasitələrimizdən fərqlidir”.
Göründüyü kimi, həmin proses sürətlə davam edir və növbəti ayrılmalara, qopmalara, parçalanmalara səbəb olur. Bütün bunların köklü səbəbləri isə əlbəttə ki şəxsi maraqlar üzərində qurulmuş siyasət faktorudur. Elə VİP sədrinin də “AXH”dən çıxması məsələsi onun şəxsi maraqlarının təmin olunmaması ilə bağlıdır. Əgər Ə.Əliyevin maraqlarının təminatı olsaydı, daha dəqiq desək, siyasi və maddi gəlirləri təmin olunsaydı, o bu gün də hərəkatda qalacaq idi. Ancaq göründüyü kimi, nəinki onun özü, eləcə də digər partiyaların da qısa zamanda oranı tərk edəcəkləri an məsələsinə çevrilib. Bir sözlə, ictimai rəy çox yaxın zamanlarda “AXH”nin də tarixin zibilliyinə atılacağının şahidlərinə çevriləcək. Əlbəttə ki, lüaumsuz, heç nəyə yaramayan “Milli Şura” kimi...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB