Gənclərin XI Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi “HTTM-2011” keçiriləcək
28 iyun – 1 iyul tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin 20 illik yubileyinə həsr olunmuş tədbirlər sırasında Gənclərin XI Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi "HTTM-2011" keçiriləcək. Gənclər və İdman Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirin əsas məqsədi yaradıcı gənclərin aşkar olunması və dəstəklənməsi, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasına şəraitin yaradılması, gənclərin elmi fəaliyyət və elmi-texniki yaradıcılıqda iştirakının səmərəliliyinin artırılması, MDB iştirakçı dövlətlərinin vahid elmi-tədris məkanının inkişafından ibarətdir.
Gənclərin XI Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisində yaşı 14-dən 30-dək olan gənc alimlər, ixtiraçılar, tədqiqatçılar, konstruktorlar, müsabiqə və olipiadaların qalibləri, elmi-texniki layihələrin müəllifləri iştirak edə bilər. Tədbirdə iştirak haqqında əlavə məlumatı və ərizə formasını www.nttm-expo.ru saytından əldə etmək olar. Sərgidə iştirak etmək istəyən gənclər tələb olunan sənədlər və ərizə formasını 6 aprel 2011-ci il tarixinədək Gənclər və İdman Nazirliyinə təqdim etməlidirlər.
İştirak üçün ərizələrin qəbulu aşağıdakı bölmələr üzrə aparılır:
1. "Ən yaxşı texniki yaradıcılıq layihəsi"
İştirakçıların yaşı – 14-18
Kateqoriya – ibtidai, orta, orta ixtisas və əlavə təhsil müəssisələrinin şagirdləri, həmçinin tədris mərkəzlərinin, assosiasiyaların, gənclər təşkilatları və klubların üzvləri
2. "Ən yaxşı elmi tədqiqat layihəsi"
İştirakçıların yaşı – 16-30
Kateqoriya - tələbələr, aspirantlar, gənc mütəxəssislər
3. "Gənclərin ən yaxşı investisiya layihəsi"
İştirakçıların yaşı – 16-30
Kateqoriya – tələbələr, aspirantlar, gənc mütəxəssislər
Sərgi iştirakçıları tərəfindən təqdim olunmuş layihələr tədbirin müsabiqə proqramında da iştirak edəcək. İştirakçıların sərgi çərçivəsində təşkil olunacaq telekörpü, seminar, dəyirmi masa, master-klass və s. kimi tədbirlər də iştirak edəcəyi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB