Müharibə hər an başlaya bilər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan bu gün Voskanapat analitik mərkəzində müzakirə zamanı deyib.
O, qeyd edib ki, hərbi əməliyyatlar təhlükəsi xeyli artıb və müharibə hər an başlaya bilər.
“Mənə aydındır ki, bu vəziyyətdə, həm intellektual məhdudiyyəti, həm də səviyyəsini nəzərə alaraq indiki hökumətin bu hərəkətlərə yol verməsi yolverilməzdir. Praktiki olaraq Kalaşnikov avtomatına sahib olmayan, ondan başı çıxmayan bir adam yeni bir hərbi əməliyyatlar şəraitində nə təmas xəttinin müdafiəsini, nə də ölkə siyasətini həyata keçirə bilməyəcəyini anlamalıyıq", deyə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB