Seçkilərlə əlaqədar hələlik neqativ rəy və fikir eşitməmişik -MÜSAHİBƏ

Seçkilərlə əlaqədar hələlik neqativ rəy və fikir eşitməmişik -MÜSAHİBƏ

Bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər aktivlik var. Əvvəlki seçkilərlə müqayisədə namizədlərin sayında və siyasi partiyaların iştirakında da aktivlik müşahidə olunur. SiA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, seçici fəallığının artımı bunu deməyə əsas verir ki, bələdiyyə seçkilərinə maraq artıb: "Bildiyiniz kimi, seçki prosesini yerli müşahidəçilərlə yanaşı beynəlxalq müşahidəçilər də izləyir. Seçkilər zamanı beynəlxalq müşahidəçilər seçki ilə bağlı qənaətlərini bizimlə bölüşürlər. Hələlik neqativ rəy və fikir eşitməmişik. Hesab edirəm ki, onlar sonda qənaətə gəldikləri fikirlərini də bizimlə bölüşəcəklər".

MSK katibi həmçinin qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hələ ki, problem yaranmayıb: "Bununla bağlı bizə müraciət daxil olmayıb. Bütün məntəqələr məlumat oxuyan qurğu ilə təmin edilib. Hesab edirəm ki, bununla bağlı heç bir problem və ya narazılıq yaranmayacaq. Biz əvvəlcədən də elan etmişdik ki, KİV nümayəndələri seçki ilə əlaqədar müşahidə apara bilərlər, istədiyi suallara cavab tapa bilərlər. Amma bundan sui-halları var".

Mərkəzi Seçki Komissiyasının katibi M.Rəhimov bildirib ki, özünü xüsusi imtiyazlı qrupun nümayəndəsi kimi aparırlar: "Amma onların yalnız müşahidə apara bilərlər. Seçki prosesinə hər hansı şəkildə müdaxilə edilməsi yolverilməzdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə