2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində nə ilə yadda qaldı? ŞƏRH - ÖZƏL

2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində nə ilə yadda qaldı? ŞƏRH - ÖZƏL

“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 2019-cu ildə aparılan danışıqlar nəticəsiz başa çatdı. ATƏT-in Minsk qrupunun həmsədrləri demək olar ki, il ərzində irəliyə addım atacaq prosesə imza ata bilmədilər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, ümumiyyətlə, Minsk qrupu cari ildə vasitəçiliyi heç etimad mühitinin formalaşmasına və humanitar missiyasının yerinə yetirilməsinə nail ola bilmədilər: “Yalnız cəbhədə atəşkəsin qorunması Azərbaycan və Ermənistan liderlərinin vasitəçisiz şifahi razılığı ilə əldə edilib. Qeyd edim ki, nə Rusiya, Fransa, nə də ABŞ liderləri münaqişənin həlli ilə bağlı heç bir şəkildə müzakirə aparmır. Çünki, münaqişənin həllində üç dövlət ayrı-ayrı siyasi baxışlara malikdir. Tərəflərin siyasəti regionda tərs-mütənasibdir. Danışıqlar masasında olan "Yenilənmiş Madrid" prinsipləri Ermənistan tərəfindən heç müzakirə olunmur”.

Politoloq söyləyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in inhisarında davam edəcəksə, problemin həlli mümkün olmayacaq: “ATƏT yalnız münaqişələrin dondurulmasında maraqlıdır. Bu təşkilat formatında yaradılan işçi qruplar belə bir çətin münaqişənin həllinə töhfə verə bilməz. Ona görə də Azərbaycan Dağlıq Qarabağ münaqişəsini üçtərəfli və çoxtərəfli formatda deyil, birbaşa münaqişəyə yaxın və təsir edən dövlətlə danışıqlar aparmalıdır”.

M.Əsədullazadə qeyd edib ki, Ermənistan hakimiyyəti daxili faktora görə siyasi iradə nümayiş etdirə bilmir. Ona görə də burada ya böyük dövlətlər Ermənistana təsir etməlidir, ya da müharibə variantıan əl atılmalıdır: “Əks halda danışıqlar sonsuza qədər davam edəcək. Artıq, ABŞ Konqresində qondrama "erməni soyqırımı" qəbul edildiyi üçün Vaşinqton Qarabağ münaqişəsinin həllində vasitəçiliyinə kölgə salınmış oldu. Erməni lobbisi ABŞ-ın Qarabağ siyasətinə türk amilindən yanaşaraq imkan verməyəcək. Azərbaycan yalnız yəhudi lobbisinin imkanlarından istifadə edib, ABŞ-da Qarabağ məsləsini gündəlikdə saxlamalıdır”.

Politoloq vurğulayıb ki, ABŞ elə bir dövlətdir ki, burada biznes elita, maliyyə maqnatları hakimiyyətdə olur: “Bu sahə ilə sıx bağlı olan lobbi qrupları ilə əməkdaşlıq edirlər. Bu da ABŞ kimi böyük dövlətin siyasətinə lobbilərin təsir etməsinə gətirir. Məhz Qarabağ məsləsində ABŞ-ın siyasəti erməni lobbbisi ilə kordinasiya olunacaq”.

Ekspert hesab edir ki, Azərbaycan yalnız regional dəyişikliklər konteksindən Qarabağ münaqişəsinin həllini öz leyhinə dəyişməlidir: “Rusiya ilə sıx danışıqlar aparmalı, mütləq şəkildə burada Türkiyə amili də rol almalıdır. Türkiyə Rusiya ilə Suriyada, Liviyada münaqişələrin həllində ortaq məxrəcə gəlirsə, bunu Qarabağ münaqişəsinin həllində də gələ bilər. Sadəcə intensiv danışıqlar aparılmalıdır. ABŞ və Avropa bizim ərazi bütövlüyümüzü dəstəkləyir, hüquqi siyasi dəstək var. Amma, münaqişənin həllində heç bir köməklik göstərmək iqtidarında deyillər. Azərbaycan çalışmalıdır ki, daima cəbhədə ciddi təzyiqlərə əl atmalıdır. Digər ölkələrin bizim müharibə variantımızın qarşısını almağa şərait yaratmamalıdır. Gələn il belə siyasi bir davamiyyətə rəsmi Bakı şərait yaratamayacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə