“AXCP və Müsavat funksionerlərinə xaricidən növbəti tapşırıq verilib” RƏY-ÖZƏL

“AXCP və Müsavat funksionerlərinə xaricidən növbəti tapşırıq verilib” RƏY-ÖZƏL

"Müsavat seçkilərə qatılmaq, AXCP isə “boykot” çağırışı ilə çıxış etməsinə görə tərəflərin bir-birini təhqir etməyə, ittihamlar irəli sürmələrinə əsas olamayacaq". Bunu SİA-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, çünki bu qurma plandır, yəni onların aralarında olan gizli bir sövdələşmədir: "Müsavat partiyası seçkilərə müəyyən vaxta qədər gedəcək, amma sonradan isə guya “seçkilər saxta keçirilir, seçkilərin gedişatında qanun pozuntusu var” deyə bəhanə gətirərək öz namizədliklərini geri çağıracaqlar. Guya bunlara seçkilərdə şərait yaradılmadı və buna görə də seçkilərdən geri çəkildilər. Bir sözlə, onların bu aldadıcı manevrlərinə inanmaq lazım deyil. Demək olar ki, bu şəxslər ölkədə nə isə bir xoşagəlməz vəziyyət yaratmaq istəyirlər. AXCP və Müsavat funksionerlərinə xaricidən növbəti tapşırıq verilib ki, Müsavat seçkilərə getsin və sonra da geri çəkilsin, AXCP isə seçkiləri “boykot” eləsin. Bu baxımdan bunlara heç vaxtı inanmaq olmaz. Ümumiyyətlə, onların nə etməsindən və nə deməsindən asılı olmayaraq heç vaxt ölkəmizlə bağlı məkrli planları baş tutmayacaqdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə