Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmenuel Makronu dekabrın 4-də Londonda keçirilən NATO sammitində İslam terrorizmi ilə bağlı açıqlamasına görə tənqid edib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Makron NATO-nun sammitində İslam terrorizmi haqqında danışmağa başlayır. Mən ona dəfələrlə demişəm ki, İslam sözü sülh deməkdir. Sülh və terrorizmi necə birləşdirə bilirsiniz? Hazırda Parisdə "sarı gödəkçəlilər” etirazla çıxış edirlər. Yaxşısı budur nlara mane olsun. Nəyə görə bunu edə bilmir?- deyə Ərdoğan Ankarada çıxışında qeyd edib.

Onun sözlərinə görə, Qərb ölkələri İslami terrorizmindən qorxsa da, terrorçulardan ən çox əziyyət çəkən məhz müsəlman ölkələridir: “Diqqət edin, bütün problemlər İslam ölkələrində Suriya, İraq, Somali və digərlərində baş verir. İmperial “bölmək, yırtmaq, udmaq” düşüncəsi davam edir. Müsəlmanların hüquqları pozulduqda, biz onların yanındayıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...