"Azərbaycan diasporunun “Yol xəritəsi” hazırlanıb" Fuad Muradov

"Bizim əsas istəyimiz xaricdəki diasporlarımızın birliyidir. Bununla bağlı “Yol xəritəsi” hazırlanıb". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O qeyd edib ki, hazırda 29 ölkədə 11 koordinasiya şurası fəliyyət göstərir: "Diaspora Dəstək Fondu diasporlarımıza maddi və texniki dəstək göstərir. Dəstək Fondunda 69 fərdi şəxs elektron qeydiyyatdan keçib".

Fuad Muradov bildirib ki, Azərbaycan dilinin qorunub saxlanmasi üçün xaricdə şənbə və bazar məktəbəri fəaliyyət göstərib: "Onun birincisi İsveçrənin Bern, ikincisi isə Fransanın Nant şəhərində "Qarabağ" məktəbidir. Komitə hazırda Fransada çox ciddi layihələr həyata keçirilib".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə