Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə qərar qəbul edib
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb. SİA-nın məlumatına görə, Konstitusiya Məhkəməsi Plenumu Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.
Qərarda bildirilir ki, Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşana və fəaliyyətə başlayana qədər saxlanması zəruridir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB