Məhərrəm Əliyev Prezidentin köməkçisi − şöbə müdiri təyin edilib
Prezident İlham Əliyev Məhərrəm Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilsin.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Məhərrəm Əliyev ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB