"Azərbaycanda dünyəviliyin tarixi və bu günü" TƏDBİR

"Azərbaycanda dünyəviliyin tarixi və bu günü" TƏDBİR

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə cari ilin noyabr ayının 28-də "Azərbaycanda dünyəviliyin tarixi və bu günü" mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfransda DQİDK-nın rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin nümayəndəsi, millət vəkilləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri, dini konfessiya rəhbərləri, QHT üzvləri, o cümlədən dini icma sədrləri, din xadimləri, gənclər, mütəxəssuslər və ilahiyyatçılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə DQİDK-nın sədr müavini Gündüz İsmayılov açıb.

Tədbirdə dünyəviliyin nəzəri əsasları, tarixi kökləri, demokratik dəyərlərin əsas təcəssümü olması, eyni zamanda Azərbaycanda tolerantlığın və dünyəviliyin tarixi keçmişi və müasir dövrdəki yeri və rolu barədə müzakirələr aparılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə