"Amerika tarixi buna səs verən siyasətçiləri heç vaxt bağışlamayacaq” ÖZƏL-MÜNASİBƏT
"ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımını” tanımasına bir Azərbaycan vətəndaşı kimi münasibətim çox mənfidir. ABŞ demokratiyada, insan hüquqlarında, beynəlxalq hüquqa hörmətdə gərək başqa dövlətlərə bir nümunə rolunu oynamaqda davam edərdi". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, tarixçilərin qiymət verməli olduğu bir məsələyə siyasi qiymət vermək yoverilməzdir: "Eyni zamanda Türkiyə dəfələrlə Ermənistana həmin dövrün arxivlərini açmağı təklif etsə də işğalçı ölkə bundan imtina etdi. Bu gün Türkiyənin regionda və dünyada apardığı müstəqil siyasət ABŞ-ın müəyyən dairələrini narahat edir. Onlar bu yolla Türkiyəyə təzyiq etmək istəyirlər. Çox təəssüf edirəm ki, onlar Türkiyə ilə dostluğu genişləndirmək, Türkiyə ilə birlikdə beynəlxalq birlikdə stabillik və inkişaf yaratmaq əvəzinə bu gün regionda destabillik mərkəzi olan Ermənistanın maraqlarına uyğun qərar qəbul etməyə çalışır. Hesab edirəm ki, Amerika tarixi buna səs verən siyasətçiləri heç vaxt bağışlamayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB