“26 ildir müxalifətin anormal təfəkkürü dəyişmir” RƏY-ÖZƏL

“26 ildir müxalifətin anormal təfəkkürü dəyişmir” RƏY-ÖZƏL

"Ümumiyyətlə bu gün Azərbaycanda siyasi mənada standartlara cavab verən sivil müxalifət deyilən bir qurum yoxdur". Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, müxalifət düşərgəsində qalan vaxtı ilə AXCP və Müsavat partiyalarının üzvləri olmuş, sonradan bir-birini ittiham edərək ayrılmış və müxtəlif partiyalar yaratmış, bu gün özü və möhürü qalmış şəxslərdir: "Bu insanlar da 26 ildir gündəmi ya hansısa iftira ilə yaxud qeybət ilə saxlayan insanlardır. 26 ildir ki, xalq bunların müxtəlif adlarla birlik adı ilə yaratdıqları təşkilatların artıq sayını belə xatırlamır. Bu gün olduğu kimi Ya Müsavat ya AXCP birlik adı ilə bir çıxış edir bu əsasən seçki ərəfələrində baş verir. Yığışırlar bir ad verirlər hay küy xaricdən qrant sonra qarşılıqlı ittihamlar qaraguruh və s. sonra da iflas. 26 ildir müxalifətin anormal təfəkkürü dəyişmir. Təcrübədən bilirik ki, müxtəlif sahələrdə çalışan insanlar heç olmasa ən azı 5 ildən bir müxtəlif təkmilləşmə kursları keçir. Siyasət də bir elmdir, siyasətçi də bir peşədir. Bu insanların kurs keçdikləri yer ancaq çayxana orda təlimləri isə qiybətdir. Bunlara bir məsləhət vermək istərdim o xarici havadarlarından maliyyə yardımı ilə bərabər bir-iki muzdlu siyasətçi də xahiş etsinlər gəlib bunlara müasir dünyanın sivil siyasət qaydalarını izah etsin. Bəlkə ondan sonra utanıb əl çəkib gedib təsərrüfat qurub faydalı işlərlə məşğul olardılar. Fikrimcə bunların siyasi modeli olmadığı kimi birlik modelləri və birləşmə etikası da yoxdur. Bütün çağırışları və nəsə etmək planları elə ilkindən iflasa məhkumdur. Xalqı allatmağı düşünməsinlər xalqımız ağıllı və müdrik xalqdır ağı qaradan seçməyi çox gözəl bacarır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə