"ABŞ Nümayəndələr Palatasının üzvləri qondarma "erməni soyqırımını" tanıyan və qınayan qətnamə qəbul ediblər. ABŞ Konqresinin bu addımı atmasının səbəbi Türkiyənin Suriyada atdığı qətiyyətli addımlardan irəli gəlir". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, bu addımlar Amerikanın siyasi maraqlarına cavab vermədiyi üçün bir növ Türkiyəni cəzalandırmaq niyyəti ilə atılıb. Bu addımın heç bir siyasi əhəmiyyəti yoxdur və hesab edirəm ki, bu qətnamə tövsiyyə xarakterli bir qətnamədir. Amerika hansısa sanksiyon addımları Türkiyəyə atmayacaq. Lakin, bütün hallarda bu mənəvi zərbədir və bu addım Türkiyə ilə ABŞ arasında münasibətlərin soyuqluğuna gətirib çıxarır və nəticə etibarilə Amerikanın regionda dayağını eləcə də nüfuzunu azaldır”.
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB