Türkiyə və Rusiya Suriyadakı növbəti addımları müzakirə edəcək

Türkiyə və Rusiya Suriyadakı növbəti addımları müzakirə edəcək

Rusiyanın hərbi heyəti Türkiyəyə səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. O bildirib ki, Türkiyə Rusiya tərəfi ilə Suriyada vəziyyyəti müzakirə edəcəklər.

XİN başçısı qeyd edib ki, hazırda kürd birləşmələrinin bütün döyüşçülərinin təhlükəsizlik zonasını tərk etdiklərini əminliklə söyləmək mümkün deyil.

“Rusiya Federasiyasından nümayəndə heyəti Suriyanın şimal-şərqində atılması lazım olan addımları müzakirə etmək üçün Türkiyəyə səfərə gələcək”, - deyə Çavuşoğlu qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə