Yaxud "Valday şoku" və Paşinyanın "itmiş başı"
Artıq 2019-cu ilin başa çatmasına az zaman qalıb. Ötən il küçə "demokratı" Nikol Paşinyanı Ermənistan hakimiyyətinin baş naziri kreslosuna oturdan erməni xalqı böyük ümidlərlə yaşayırdılar. Ancaq quldur Paşinyanın quldur siması üzə çıxdıqca, ictimaiyyət artıq bu quldurun "gözlə" mövqeyinə "yox!" deyir. Erməni xalqı, nəhayət, anlayır ki, istər Sarkisyan olsun, istər Petrosyan, istərsə də Paşinyan, neçə belə quldur və işğalçı «yan»lar gəlirsə-gəlsin, bu bəladan qurtura dilməyəcəklər. Çünki nə qədər ki, Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiasında qalarsa, davam edən işğal rejiminin düşmən ölkəyə "bəxş elədiyi" ən pis sürpriz onun bütün regional iqtisadi və energetik, kommunikasiya layihələrindən kənarda, blokada rejimində saxlanması olacaq. Ermənistan ekspertləri də bildirirlər ki, bu gün də öz əvvəlki xələflərindən geri qalmayan baş nazir N.Paşinyanın işğalçılıq siyasəti aparması nəticəsində bu ölkə özünün sovetdən qalma rüşeym iqtisadiyyatı ilə on illərdir ki, dünya iqtisadi sisteminə çıxış əldə edə bilməyən və intqrasiya oluna bilməyən işğalçı və tullantılar ölkəyə çevrilib. Bu prosesin daha sürətlə baş verməsinin səbəbi isə, sərsəm, siyasi savaddan kəm olan Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən, daha çətin anlar yaşandı. Yeni hakimiyyət də, əvvəlkilər kimi, reallığı ört-basdır etməklə, hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərmək istədi. Ancaq siyasətdə naşı olan Paşinyanın hakimiyyətə gəldiyi bir ildən çox bir müddətdə həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzadılmasında özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə, xüsusilə, sərsəm bəyanatları ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulayırlar. Ancaq əsas məsələ odur ki, bu həqiqəti dərk etməyə nə erməni siyasi şüuru, nə də Paşinyan təfəkkürü qabil deyil. Lakin ölkədəki vəziyyət göstərir ki, erməni xalqı son günlər davamlı mitinq və aksiyalar keçirməklə, əsl reallığı anlamağa başlayıb.
Azərbaycan diplomatiyası qarşısında Ermənistan iqtidarının məğlubiyyəti
Başqa cür də ola bilməz. Bütün beynəlxalq tədbirlərdə, o cümlədən, Soçidə və Aşqabadda keçirilən beynəlxalq görüşlərdə küçə "siyasətini" nümayiş etdirən Paşinyan «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayan Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır! Nöqtə yox, nida işarəsi!" deməsi quldur və faşist Paşinyanı dizi üstə də oturtdu.
Baş verənlərə diqqət yetirsək, görəürük ki, Paşinyanın gülünc "nöqtə" sayıqlaması hakimiyyətdə qalmaq üçün vaxt qazanmaqdan başqa bir şey deyil! Heç kimə sirr deyil ki, Prezident İlham Əliyevin "VALDAY" klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida" bəyanatı Azərbaycanda və beynəlxalq arenada ciddi müzakirələrə gətirib çıxardı. Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu prezident "VALDAY" klubunda bir daha səsləndirdi və bu bəyanatla Azərbaycanın ilkin, ənənəvi mövqeyindən imtina etmədiyini, onu sonadək qətiyyətlə qoruyacağını bütün dünyanın diqqətinə çatdırıb.
Paşinyanın "nöqtəsi" isə nə onun işi, nə də başı üçün deyil. Çünki nöqtəni o, ancaq Azərbaycanın diqtəsi altında qoya bilər. Bunun da şərti var: özü və indi Qarabağ torpağının üstündə gəzən digər ermənilər Azərbaycan bayrağının altından keçəndən sonra. Buna da çox qalmayıb. Qarabağın nidası artıq çoxdan qoyulub və Soçidə, Aşqabadda vuruldu. İnşallah, Şuşada möhürünü vuracağı gün isə uzaqda deyil.
Beləliklə, bütün bu faktlar, bir daha onu sübut edir ki, Ermənistan Azərbaycan dövləti qarşısında gücsüz və ölü dövlətdir.
Bir sözlə, işğalçı ölkənin işğalçı baş naziri Paşinyan bu oyundan geri çəkilməlidir. Çünki Soçi və Aşqabad görüşlərində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı artıq Ermənistan cəmiyyətində Paşinyan rejiminə qarşı böyük nifrət və inanmazsızlıq formalaşdırdı. Paşinyanın yenidən sərsəm bəyanatlarla çıxış etməsi isə ölkədaxili ictimai-siyasi vəziyyəti öz xeyrinə dəyişmək məqsədi güdür. Nifrət o qədər güclüdür ki, hətta gənclər ordudan yayınır və birdəfəlik ölkəni tərk edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu gün demək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qalmır: "Aprel hadisələrindən sonra, ilk növbədə, dünya ictimaiyyəti, vasitəçiliklə məşğul olan beynəlxalq qurumlar, təşkilatlar bir daha əmin oldular ki, Azərbaycan xalqı ərazilərinin işğal altında qalması ilə barışmayıb və barışmayacaq. Bu, Ermənistan hakimiyyəti üçün də bir dərs olmalıdır. Onlar lazımi nəticələr çıxaracaq və danışıqlar prosesində konstruktiv mövqedən çıxış edəcəklər. Uzun müddət davam edən status-kvo tezliklə dəyişməli, münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan əsgəri "hərbi yolla Dağlıq Qarabağ münaqişəsinin həlli yoxdur" fikrini təkrarlayanlara real şəkildə sübut etdi ki, hərbi yolla torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi mümkündür və bu məsələ ən qısa vaxtda öz həllini tapmalıdır".
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB