Dağlıq Qarabağ erməniləri ilə Ermənistan arasındakı münasibətlər kəskinləşib

Dağlıq Qarabağ erməniləri ilə Ermənistan arasındakı münasibətlər kəskinləşib

Ermənistanla Dağlıq Qarabağ arasındakı münasibətlər erməniləri narahat edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Ermənistan və Dağlıq Qarabağ arasında münasibətlərin pisləşməsi ilə bağlı bu gün hökumət iclasından sonra jurnalistlərə açıqlama verib.

Məlumata görə, o bildirib ki, hüquq-mühafizə orqanları Vitali Balasanyanın ifadələrində bir cinayətin olub olmadığını müəyyən etməlidirlər.

"Hüquq-mühafizə orqanları bunu dəqiqləşdirməlidir, buna görə müsahibə hüquq-mühafizə orqanlarına göndərilib", deyə Qriqoryan məlumat verib.

Bu ərəfədə Vitali Balasanyanın ünvanına çox kəskin ifadələr səsləndirdiyini soruşduqda, Təhlükəsizlik Şurasının katibi cavab verib ki, bu gün bu açıqlamanı yaysaydım, eyni şəkildə danışardım.

Xatırladaq ki, Armen Qriqoryan Vitali Balasanyanı “xuliqan” adlandırıb.

Qriqoryan rəsmilər arasındakı bu cür söhbətlərin Ermənistanla Dağlıq Qarabağ arasında münasibətlərə təsir göstərə biləcəyini söyləyib. Görünür, Dağlıq Qarabağla Ermənistan arasındakı münasibətlər kəskinləşib və bunun gözlənilən nəticələri də erməniləri bərk narahat edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə