Penitensiar Xidmətin 2 yüksək vəzifəli əməkdaşı ədliyyə orqanlarından xaric edilib
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsinin rəisi və 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini tutduqları vəzifədən azad olunublar.
SİA-nın Penitensiar Xidmətinin rəsmi saytına istinadən xəbərinə görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin əmri ilə 9 saylı cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsinin rəisi, ədliyyə mayoru Elçin Bahəddin oğlu Həsənov tutduğu vəzifədən və ədliyyə orqanlarından xaric edilib.
E. Həsənovun ədliyyə orqanlarından xaric edilməsinə səbəb xidməti vəzifələrinin icrası zamanı ciddi qanun pozuntulara yol verməsi və ədliyyə orqanları əməkdaşlarının etik davranış qaydalarını pozmasıdır.
Həmçinin, 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini, ədliyyə mayoru Məmmədov Mayıl Bəhram oğlu qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirmədiyinə, qulluq etikası qaydalarına əməl etmədiyinə görə tutduğu vəzifədən azad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB