"Əli Əsədovun baş nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır"
“Əli Əsədovun yeni baş nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən pelnar iclasında çıxış edərkən deyib.
Azərbaycan iqtisadiyyatının uğurlu inkişaf yolu keçdiyini deyən deputat söyləyib ki, iqtisadiyyatımızın hazırkı məhlədəki inkişafı yeni perspektivlər yaradır: "Bu perspektivlərin və iqtisadiyyatda daha dərin islahatların həyata keçirilməsi üçün dəyişikliyə ehtiyac var idi: “Hesab edirəm ki, Əli Əsədov bu fəaliyyətin öhdəsindən layiqincə gələcək. Çünki, o mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir”.
Deputat qeyd edib ki, fəaliyyətinin bütün mərhələlərində Əli Əsədov səmimi pedaqoq kimi davranmağı bacarıb: “Bu, çox mühüm insani keyfiyyətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB