Cinayətkarlıq Ermənistanda get-gedə artır

Cinayətkarlıq Ermənistanda get-gedə artır

Ermənistanın Lori bölgəsində silahlı incident baş verib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, silahlı incident nəticisində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Məlumatda qeyd olunur ki, Ermənistan İstintaq Komitəsinin Lori bölgəsi üzrə istintaq şöbəsi, Vanadzor şəhərində baş verən silahlı insidentin səbəblərini aydınlaşdırmaq üçün araşdırma aparır və artıq 1 nəfər saxlanılıb.

İlkin məlumatlara görə, oktyabrın 4-də, saat 23: 55-də, Vanadzor tibb mərkəzindən polisə, Miçurin küçəsindəki evlərdən birində cəsəd tapıldığı barədə bir məlumat daxil olub. Əlavə olaraq, bədən xəsarətləri alan bir neçə gəncin Vanadzor tibb mərkəzinə gətirildiyi də bildirilib.

Dərhal əməliyyat-istintaq qrupu hadisə yerinə yola düşüb.

Eyni ünvandan, Ermənistanın Lori bölgəsinin müxtəlif dərəcəli bədən xəsarətləri alan sakiləri Vanadzor tibb mərkəzinə çatdırılıb.

Ermənistan İstintaq Komitəsinin Lori bölgəsi üzrə istintaq şöbəsində - 104-cü maddənin 2-ci hissəsinin 1-ci bəndinə və Ermənistan Cinayət Məcəlləsinin 235-ci maddəsinin 1-ci hissəsinə görə cinayət işi açılıb. Cinayət işinin bir hissəsi olaraq, qətldə şübhəli bilinən və qətli etiraf edən 1979-cu il təvəllüdlü Vanadzor sakini tutulub.

Hadisənin şərtlərini aydınlaşdırmaq, hadisə iştirakçılarının hərəkətlərini fərdiləşdirmək və onlara cinayət-hüquqi qiymət vermək üçün təcili istintaq, əməliyyat-axtarış tədbirləri görülür. İlkin istintaq davam edir.

Göründüyü kimi, son vaxtlar bir-birinin ardınca baş verən cinayət hadisələri təsdiq edir ki, cinayətkarlıq Ermənistanda get-gedə artır və bu da ölkədə xaosun hökm sürdüyündən xəbər verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə