Anar Xəlilov: “AXCP-dən istefalar davamlı xarakter daşıyacaq” RƏY-ÖZƏL

Anar Xəlilov: “AXCP-dən istefalar davamlı xarakter daşıyacaq” RƏY-ÖZƏL

“Əslində AXCP-dən ayrılmalar, istefalar və Ə.Kərimliyə etirazlar indi başlamayıb”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, Əbülfəz Elçibəyin ölümündən sonra Ə.Kərimli partiyaya antidemokratik bir şəkildə yiyələnəndən sonra başladı: “Partiyanın əsas simaları bu partiyadan ayrıldılar və ya partiya uğrunda mübarizəyə başladılar. Lakin bu adam xarici havadarlarının səyi nəticəsində partiyaya yiyələndi. Digər şəxslər də məlum olduğu kimi AXCP adına yaxın adla partiya yaratdılar və ya digər partiyalara keçdilər. Bundan sonra da Ə. Kərimlinin oyunlarını siyasi işbazlığını görən partiya üzvləri partiyadan çıxmağa və ya hay-küylü bəyanatlar verməyə başladılar. Bütün bunlar xalqın yaddaşındadır. Son zamanlar da sosial şəbəkələrdə yaratdıqları trol bazası ilə özlərinə siyasi meydan quran Ə. Kərimli və digərləri eyforiya xəstəliyinə düçar olaraq öz yaratdıqları trolları həqiqət hesab etməyə başlayaraq ölkədə stabilliyi pozmağa cəhd etdilər. Təbii ki bu partiyanın ətrafına yığışan az saylı aldanılmış insanlar artıq bu adamın yalanlarını və siyasi işbazlığını dərk etmiş və ona görə də düzgün addım ataraq bu insanı ifşa etməyə qərar vermişlər. Hesab edirəm ki, müavini Fuad Qəhrəmanlının atdığı addımdan ibrət dərsi götürərək istefa versə indiyə qədər atdığı ən düzgün addım olar. Çünki artıq bu adamın siyasi lider olaraq bitdiyi və hətta öz az saylı tərəfdarları tərəfindən də qəbul edilmədiyi danılmaz faktdır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə