Paşinyan hakimiyyəti ölkəni susuz qoyub

Paşinyan hakimiyyəti ölkəni susuz qoyub

Ermənistanda suvarma suyu yoxdur, məhsul quruyur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu hökumət binası qarşısında etiraz aksiyası keçirən Getaşen sakinləri deyib.
Məlumatda qeyd olunur ki, Ermənistanın Armavir bölgəsinin Getaşen icmasının sakinləri hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

Jurnalistlərlə söhbətində Getaşendəki sahibkarlardan biri, Samvel Muradyan 72 hektar ərazidə bostan məhsulları becərdiklərini və emal müəssisəsi ilə 300 milyon dram məbləğində müqavilə bağladıqlarını söyləyib. O, deyib ki, son bir ay ərzində belə bir problemlə üzləşdilər, çünki əvvəlcə problemlər suvarma suyu ilə başlayıb və sonra da su təchizatı tamamilə dayandırılıb.

“Hər il meyvə-tərəvəz bitkiləri yetişdiririk və satırıq. Bu il də 300 milyon dram məbləğində müqavilə bağlalıb və 58 milyon dram avans olaraq alınıb. Son bir ayda su təchizatı qrafiki mütəmadi olaraq pozulub və 15-ci gündən etibarən su tamamilə bağlanıb. Biz müəyyənləşdirdik ki, su əvvəcə su elektrik stansiyasına, daha sonra Türkiyə və İrana axıdılır. Zərərin miqdarını hesablamaq üçün komissiya yaratmaq tələbi ilə rayon rəhbərliyinə müraciət də etmişik. Bəyanat qəbul edilib, ancaq sölənilib ki, zərəri qiymətləndirmək səlahiyyətinə sahib deyillər", deyə Getaşen sakini bildirib.

Su Təsərrüfatı Komitəsi sədrinin müavini də kənd sakinləri ilə görüşüb və görünür heç bir nəticə hasil olmayıb. Belə məlum olur ki, səriştəsizlik, saymazlıq və daha bir sıra hakimiyyətə yaraşmayan səbəblərdən Paşinyan hakimiyyəti ölkəni susuz qoyub .

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə