Merkel Qəddafinin çıxışını sərt dillə tənqid edib

Almaniya kansleri Angela Merkel, Liviya Lideri Müammər Qəddafinin çıxışını sərt dillə tənqid edib. SİA-nın xəbərinə görə, Merkel jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Qəddafinin çıxışı dəhşətlidir, öz xalqına hərb elan etməsi mənası daşıyır. Liviya rəhbərliyini daha çox gücdən istifadə etməməyə çağıran Merkel, Liviyaya qarşı beynəlxalq səviyyədə sanksiya tətbiq edilməsinə dəstək verməyə hazır olduqlarını da bildirib

Bütün xəbərlər Facebook səhifəmizdə