Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib AKSİYA + FOTOLAR
Hər il olduğu kimi, bu il də Aşura günündə Gəncənin “İmamzadə” ziyarətgahında ənənəvi olaraq, ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilir. SİA-ya daxil olan məlumata görə, saat 09:00-dan başlayan qanvermə aksiyasında Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, ərazi ilk partiya təşkilatlarının sədrləri, gənc partiya fəalları və ictimaiyyət nümayəndələri qanvermə aksiyasında iştirak ediblər.
Qeyd olunub ki, humanist xarakterli aksiyada toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiya günün sonuna qədər davam edəcək.
Onu da xatırladaq ki, ilə bağlı sentyabrın 6-da Yeni Azərbaycan Partiyası və partiyanın Gənclər Birliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Partiyanın çoxsaylı üzvləri qanvermə aksiyasında fəallıq göstəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB