Paşinyan erməniləri ağır təhqir etdi

Paşinyan erməniləri ağır təhqir etdi

Ermənistanın baş nazirinin Amulsarla bağlı mesajı əhaliyə “ağır təhqir” hesab olunur. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, politoloq Ayk Martirosyanın fikrincə, baş nazir Nikolay Paşinyanın Facebook-da hökumətin Amulsar qızıl yatağı layihəsi ilə bağlı müsbət mövqeyini ifadə etməsi, bunun birbaşa yayımlanması, əhali üçün ağır təhqirdir və ictimai rəyə hörmətsizliyi əks etdirir.

“Onun Amulsarla bağlı bugünkü mesajı təkcə insanları təhqir etmək deyil, həm də hörmətsizlik olmaqla yanaşı, özünəməxsus bir şapalaqdır. Bu, Amulsar mədəninin açılmasını qadağan etmək addımları da daxil olmaqla, köklü islahatlara başlamağa səlahiyyət verənlərə hörmətsizlikdir", deyə Ayk Martirosyan, Facebook-da paylaşıb və mədən layihəsini nəzərdən keçirərkən bunun yolverilməz olduğunu yazıb.

O, həmçinin, bu fikrə qarşı olduqları barədə açıq bir mesaj vermək üçün əhalini baş nazirə qarşı ümummilli səfərbərliyə çağırır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə