İrəvanda inqlab xəbərdarlığı

İrəvanda Adequad partiyasının təsis qurultayı keçirilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, qurultayda partiyanın təsisçisi Artur Danielyanın sözlərinə görə, inqilab olacaq və ona rəhbərlik etmək üçün görünməmiş bir fürsətimiz var.

“Əminəm ki, Ermənistanda yeni bir inqilab qaçılmazdır və heç nədən asılı olmayaraq baş verəcək. Siyasi komandamızın rolu isə ondan ibatərdir ki, bütn bunların hamısını xalqa çatdıraq"deyə partiyanın həmtəsisçisi Artur Danielyan qurultayda bildirib.

O, həmçinin qeyd edib ki, bu inqilab Ermənistanda ən yaxın zamanda başlaya bilər və bunun üçün bütün şərtlər də var.

“İnqilab olacaq və bu inqilaba rəhbərlik etmək üçün bizim misli görünməmiş bir fürsətimiz də var. Xarici informasiya sahəsi bizi nə qədər terrora sövq etsə də, mümkün olmayacaq və əsas odur ki, cəmiyyətimiz vahid tərkiblidir və eyni fikirlidir. Hətta ötən ilin hadisələri göstərdi ki, biz olduqca, hətta Avropa ölkəsindən də daha çox eyni fikrə, vahid tərkibə malikik. Ona görə də bu inqilabı idarə etmək imkanımız var "deyə Artur Danielyan fikrini əsaslandırıb.

Onun sözlərinə görə, inqilab nəticəsində demokratiya cəmiyyətin siyasi həyatının bir sistemi olaraq meritokratiya və texnokratiyaya yol açacaqdır.

"Ləyaqətli bir dövlət yaradılacaq, insanlar şərəfi meydanlarda tələb etməyəcəklər, buna layiq olacaqlar" deyə Adekvat partiyasının həmtəsisçisi əlavə edib.
Partiyanın təsis qurultayında iştirak etmək üçün 109 nümayəndə qeydiyyatdan keçib. Partiya lideri yekdilliklə Artur Danielyanı seçib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə