Ermənistan vətəndaşlarını daha ifrat yoxsulluq gözləyir

Ermənistan vətəndaşlarını daha ifrat yoxsulluq gözləyir

Ermənistan vətəndaşlarının xərcləri real qazancdan daha sürətli artır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Jamanak” qəzetində yazı dərc edilib.

Yazıda qeyd olunur ki, Ermənistan hökuməti 2023-cü ilədək ifrat yoxsulluğu aradan qaldırmaq və yoxsulluq səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq niyyətində olduğunu bəyan edib. Lakin, Ermənistan hökumətinin təqdim etdiyi bu "Sosial müdafiə, məşğulluq və əmək sahələrinin inkişafı strategiyası" layihəsi hazırda özünü doğrultmur və real vəziyyət hökumətin bəyan etdiyi layihənin əksini təsdiq edir.

Nəşr xüsusilə qeyd edir ki, "2023-cü il yaxındadır, lakin vətəndaşların xərcləri real gəlirdən daha sürətli böyüyür. Bir sözlə, Ermənistan vətəndaşlarını daha ifrat yoxsulluq gözləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə