Soçi şəhərinin meri: “Andranikin heykəlinin qoyulmasına icazə verməyəcəm”

Soçi şəhərinin meri: “Andranikin heykəlinin qoyulmasına icazə verməyəcəm”

Rusiyanın Soçi şəhərində XIX əsrin sonu-XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanda çoxsaylı cinayətlər törətmiş erməni quldur dəstəsinin rəhbəri Adranik Ozanyana heykəl qoyulmayacaq. SİA-nın "Maks-Portala" istinadən verdiyi xəbərə görə, bunu Soçi şəhərini meri Anatoliy Paxomov deyib. O, qeyd edib ki, Andranikin heykəlinin qoyulmasına icazə verilməyəcək: "Bu heç zaman olmayıb və olmayacaq da. Əgər kimsə heykəl qoymaq istəyirsə, getsin öz torpağında ucaltsın bu heykəli. Biz qonaqpərvərik, hər kəs bizim qardaşımızdır. Lakin bunlar siyasi məsələlərdir. Bunları öz torpaqlarınızda həll etsəniz, daha yaxşı olardı".

Qeyd edək ki, ermənilər Rusiyanın Soçi şəhərinin Lazarevsk rayonunda Andranikə heykəl ucaltmaq qərarına gəliblər. "Qərbi Ermənistanda" "milli azadlıq hərəkatının rəhbəri" kimi qələmə verilən, sağ qulağı türklər tərəfindən kəsilmiş erməni terrorçusu Andranikin heykəli 4 metr hündürlüyündə və bir neçə ton ağırlığında olacaq. Heykəlin müəllifi Ermənistanın xalq rəssamı Marat Minasyandır. Bu heykəlin hazırlanması işi 4 il davam edib və ideya Soçi şəhər erməni diasporu tərəfindən irəli sürülüb. Bununla bağlı xəbərə Türkiyə mətbuatı etirazla reaksiya verib. Ölkə qəzetləri Rusiya ilə münasibətlərin belə yaxşılaşdığı bir zamanda minlərlə günahsız və dinc Türkiyə sakinini qətlə yetirmiş erməni qulduru Andranikə heykəl qoyulmasını etirazla qarşılayıb.

Xatırladaq ki, Andranik Ozanyan 1914-1915-ci illərdə Türkiyə və Azərbaycan sakinlərinə qarşı döyüşüb. Osmanlı ordusunun generalı erməni Andranikin qulağını kəsib. O, 1927-ci ildə ABŞ-da (Amerika Birləşmiş Ştatları) ölüb. Onun sümükləri 2000-ci ildə Ermənistana gətirilib və İrəvanda basdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə