Abel Məhərrəmov: “Bakı Dövlət Universitetində məsələyə dair tədbirlər planı hazırlanıb və radikal islahatlar gözlənilir”
"Prezident İlham Əliyev Nazirlər Kabinetinin illik hesabatında çıxış edərkən Azərbaycan ziyalıları, ictimaiyyəti qarşısında şəffaflığın artırılması, neqativ halların aradan qaldırılması, korrupsiyaya qarşı ciddi mübarizə məsələsi qoyub. Bu məsələ də müəssisələrdə geniş müzakirə olunur. Nəinki Təhsil Nazirliyində, Bakı Dövlət Univeristetində də bunu geniş müzakirə etmişik". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, bugün Azərbaycan inkişaf edirsə, orada heç bir neqativ hal olmamalıdır. Onun sözlərinə görə, bu prezidentin sosial dayağına çevrilməli, çatışmazlıq, neqativ hallar aradan qaldırılmalıdır.
Bakı Dövlət Universitetinin bu məsələyə dair tədbirlər planının hazırlandığını deyən A.Məhərrəmov vurğulayıb ki, o da addım-addım həyata keçirilir. O qeyd edib ki, buraya şəffaflığın yüksəldilməsi, ərizə və şikayətlərə vaxtında baxılması, tələbələrin narazılığı, neqativ halların aradan götürülməsi daxildir. "Universitetimizdə 18 500 tələbə, 3500 professor-müəllim heyəti var, nə polis şöbəsi, nə də ki, digər şöbələr fəaliyyət göstərmir. Hamısını tələbələrin düşüncəsi, vətəndaşlıq mövqeyi, milli təsəbbüşkeyliyi əsasında formalaşdırır və bu da öz bəhrəsini verir. Bundan əlavə, universitetdə radikal islahatlar da gözlənilir. Bu islahatları həyata keçirdikcə ictimaiyyətə məlumat veriləcək", - deyə o əlavə edib. Bu gün bizi ən çox düşündürən məsələ universitetlərimizin dünya reytinqlərində yer tuta bilməməsidir. Bu barədə də jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov məlumat verib. O bildirib ki, universitetlərin reytinq cədvəlini müəyyyənləşdirərkən bir çox məqamlar, universitetin uğurları ilə yanaşı, ali təhsil ocağının tələbə yataqxanası, tələbə həyatı haqqında məlumatlar istəyirlər. Rektor vurğulayıb ki, Bakı Dövlət Universitetinin də 500 ən yaxşı universitetlər sıyahısına düşmək arzusu var və bu istiqamətdə çox ciddi addımlar atılır. Onun sözlərinə görə, doğrudan da Bakı Dövlət Univerisitetində tələbə şəhərciyi bərpa olunsa, qaçqınlar başqa evlərə köçsə, burada tələbələr məskunlaşsa və onların şəraiti yaxşılaşsa, bu reytinq cədvəlindəki mövqeyimizə xeyli təkan verər və biz qabağa çıxa bilərik.
A.Məhərrəmov Erməni Araşdırmalar Mərkəzinin fəaliyyətinə də münasibət bildirib. O qeyd edib ki, Erməni Araşdırmalar Mərkəzi artıq Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yaradılıb, tarix fakultəsinin nəzdində fəaliyyətə başlayıb: "Mərkəz artıq bir neçə məqalələr, müraciətlər hazırlayıb. Biz düşünürük ki, universitetin mətbuat xidmətinin saytına bu mərkəz barədə məlumatları yerləşdirək və bu sayt vasitəsilə ermənilərin apardığı anti-Azərbaycan fəaliyyətinin qarışını alaq, Azərbaycan reallıqlarını ortaya qoyaq və onların aqresiv bir xalq, dövlət olduğunu dünya xalqlarına çatdıra bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB