İraq neft-qaz yataqlarını hərraca çıxaracaq

İraq neft-qaz yataqlarını hərraca çıxaracaq

İraq bu il 12 neft-qaz yatağını satışa çıxaracaqdır. Bu, 2009-cu ilin ortalarından bəri dördüncü energetika hərracı olacaqdır.

SİA-nın məlumata görə, Frans-Press Agentliyinin İraq Neft Nazirliyinin mətbuat katibi Assem Cihada istinadən yaydığı xəbərdə bildirilir ki, nazirlik bu il hərrac üçün 12 yataq nəzərdə tutmuşdur. Əcnəbi energetika şirkətləri üçün müqavilə layihələri üzərində iş bu ay başa çatacaqdır.

Hazırda İraq hər gün 2,5 milyon barrel neft hasil edir. Hasil olunan neftin 80 faizi ixrac üçün nəzərdə tutulur.

Ekspertlərin fikrincə, İraqda neft hasilatı yaxın vaxtlarda xeyli artmalıdır. İnişil 11 əcnəbi firma İraq hökuməti ilə müqavilə imzalayıb. Hasilat işlərinə yaxın günlərdə başlanacaqdır.

Neft satışından gəlir ölkənin xəzinəsinə 90 faizədək gəlir gətirir.

Bütün xəbərlər Facebook səhifəmizdə